BAYRAQDAR MEDİA – Fevralın 2-də saat 16:00-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğızıstanın Xalq yazıçısı, dramaturq və ictimai xadim Kayrat İmanalıyevin yaradıcılıq gecəsi keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi Məşvərət Şurası, Milli Məclisin Mədəniyyət komitəsi və s. qurumlardan qonaqlar iştirak edəcək. Həmçinin tədbirdə Azərbaycan teatr artistlərinin yazıçının əsərlərindən türk dilində çıxarışlar və Bakı Dövlət Universitetinin tələbələrindən sual-cavab olacaq”.
Tədbirin moderatoru Gənc Yazıçılar Assosiasiyasının rəhbəri Fərid Hüseynovdur.





