Press "Enter" to skip to content

7 fevralda yalnız ona səs verəcəyik

Azər Həsrət

Son yeniləmə: 5 Fevral 2024 10:01

BAYRAQDAR MEDİA – Düz iki gün sonra – fevralın 7-də Azərbaycan xalqı prezident seçkisində iradəsini ifadə edəcək. İlkin müşahidələr onu göstərir ki, alternativ əsaslarla keçirilən bu seçkidə nə namizədlər, nə də onların tərəfdarları hər hansı narazılıq ifadə etmir. Üstəlik media, vətəndaş cəmiyyəti fəalları da sərbəst şəkildə prosesdə iştirak edir, hər hansı əngəllə qarşılaşmır. Bizim də müşahidələrimiz onu deməyə əsas verir ki, bu seçki müasir Azərbaycan tarixinin ən rəvan seçkisi olacaq.

Belə bir şəraitdə – 7 namizədin iştirakı ilə keçirilən seçkidə kimin qalib gələcəyi isə birmənalı olaraq hamıya aydındır. Əlbəttə, namizədlərin tərəfdarları başqa cür düşünə bilər. Amma ümumi ictimai rəy bir namizədin üzərində köklənib, bu da təsadüfi deyil.

Şəxsən mənim namizədim İlham Əliyevdir. Niyə belə bir seçim etdiyimin izaha da ehtiyacı yoxdur. Şəxsimi tanıyan hər kəs bilir ki, dövlət üçün qətiyyətlə çalışan iddiaçıları həmişə dəstəkləmişəm, dəstəkləməyə də hazıram. O baxımdan İlham Əliyevlə bağlı heç bir sual yarana bilməz.

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Namizədim İlham Əliyevdir. Çünki:

İlham Əliyev Müzəffər Ali Baş Komandandır – 200 illik bir tarix kəsimində ilk dəfə olaraq işğal altındakı Azərbaycan torpaqlarının önəmli bir kəsimini azad etməyi bacarıb;

İlham Əliyev təcrübəli dövlət başçısıdır. Prezident olduğu dövrdə istər ölkə içində, istərsə də dışında Azərbaycan dövlətini layiqincə təmsil edib, bundan sonra da edə biləcək;

İlham Əliyev xalq adamıdır. Öz ad günlərini belə qaçqın-köçkünlərin arasında keçirir, kiçikdən böyüyə hər kəslə heç bir komplekssiz qaynayıb-qarışır;

İlham Əliyev ölkədə sabitliyin və inkişafın memarıdır. Məhz onun dövründə Azərbaycan sabit inkişaf və sabitliyi tam təmin edə bilib;

İlham Əliyev həm də bir çox dünya liderlərindən fərqli olaraq şəxsi-ailə durumu ilə örnəkdir. Ailəsi tamdır, xanımı, övladları da daim ictimaiyyət önündədir, faydalı işlər görürlər;

İlham Əliyev yorulmadan-durmadan Azərbaycanı qarış-qarış gəzir, ən ucqardakı sadə vətəndaşın ayağına qədər getməkdən çəkinmir;

İlham Əliyev həm də dünya paytaxtlarında, böyük forumlarda arzu olunan qonaq, iştirakçıdır. Bu isə bizim dövlətimiz üçün əlavə üstünlük, baş ucalığıdır;

İlham Əliyev verdiyi sözə nəzərdə tutulan vaxtdan öncə əməl edəcək qədər çevikdir, sərrastdır;

Və ən əsası, Ali Baş Komandanlığı altında işğaldan azad edilmiş torpaqların yenidən qurulması və məskunlaşdırılmasıyla bağlı verdiyi sözü də vaxtından əvvəl yerinə yetirməklə bir dövlət başçısı kimi nə qədər yerində olduğunu göstərir.

Bütün bu keyfiyyətlər İlham Əliyevin tam təsviri deyil. Onun şəxsi sağlam həyat tərzi, bir siyasi lider olaraq daim təmkinlə davranması, ən fərqli müzakirələrdə üstün şəxsiyyətini qoruması da diqqətlərdən qaçmır.

Ona görə bir vətənsevər insan olaraq bu dəfə də İlham Əliyev deyirəm. Əminəm, heç şübhə etmirəm ki, onun başçılığı altında çox böyük uğurlara imza ata biləcəyik. Təbii ki, biz də vətəndaş olaraq hər zamankı kimi əlimizi daşın altına qoymaq şərti ilə.

Mission News Theme by Compete Themes.