Press "Enter" to skip to content

Media təmsilçilərinin Bursa səfəri

Son yeniləmə: 8 Fevral 2024 19:55

BAYRAQDAR MEDİA – Azərbaycanın media təmsilçilərinin qardaş ölkənin Bursa şəhərinə səfəri başlayıb.

Dörd gün davam edəcək səfərdə məqsəd Türkiyənin mədəniyyət və turizm imkanları barədə məlumat əldə etmək və bunu Azərbaycan xalqına çatdırmaqdır.

Səfərdə Azərbaycandan BAYRAQDAR MEDİA baş redaktorunun müavini Nadir Azəriteleqraf.com saytının redaktoru Qurban Yaquboğlu iştirak edir.

Nadir Azərinin verdiyi məlumata görə, Türkiyənin Kültür və Turizm Bakanlığının təşəbbüsü və təşkilatçılığı ilə reallaşan bu dəfəki səfərin ünvanı kimi Bursanın seçilməsində məqsəd qardaş ölkənin qış turizmi imkanlarını təqdim etməkdir: “Bəlli olduğu kimi Bursada qardaş ölkənin ən məhşur turizm obyektlərindən biri olan Uludağ Kayak Mərkəzi fəaliyyət göstərir. Bu Mərkəz İstanbula yaxınlığına görə Türkiyənin ən məşhur kurortları arasındadır. Batı Anadolunun ən yüksək dağı olan Uludağın ətəyindəki xizək sahəsi 1750-2543 metrdir. Səkkiz kreslo, yeddi T-bar və 13 müxtəlif enişli xizək mərkəzi xizək avadanlıqlarının icarəsini və peşəkar təlimatçılardan dərslər təklif edir. Bundan əlavə, Uludağ Kayak Mərkəzində heli-xizək, snoubord, buz konkisi və qar velosipedi üçün treklər də var”.

N.Azəri deyib ki, səfər zamanı, həmçini Osmanlının ikinci paytaxtı olan Bursanın tarixi yerləri ilə də tanışlıq olacaq.

Mission News Theme by Compete Themes.