Press "Enter" to skip to content

Xarici turistlərin ilk seçim – İstanbul Hava Limanı

İstanbul Hava Limanı

Son yeniləmə: 16 Fevral 2024 13:22

2023-cü ildə bu hava limanı 12 milyondan çox ziyarətçini qəbul edib

BAYRAQDAR MEDİA – 2023-cü ildə İstanbula daxil olan xarici ziyarətçilərin ilk seçimi İstanbul Hava Limanı olub.

Bu barədə qardaş Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat yayılıb.

Bildirilib ki, “ötən il hava yolu ilə daxil olan ziyarətçilərin 71.78 faizi İstanbul Hava Limanından istifadə edib. 12 milyon 177 min 784 ziyarətçini qəbul edən İstanbul Hava Limanı ən çox xarici ziyarətçinin girdiyi ilk sərhəd qapısı olarkən, 28,12 faiz ilə ikinci olan Sabiha Gökçen Hava Limanı 4 milyon 771 min 157 nəfər tərəfindən seçilib”.

Məlumata görə, 2023-cü ildə İstanbula hava yolu ilə gələn xarici ziyarətçilərin ümumi sayı 16 milyon 964 min 432 olub: “Bununla yanaşı, ötən il dəniz yolu ilə İstanbula gələn əcnəbilərin sayı 405 min 598 olaraq qeydə alınıb”.

Mission News Theme by Compete Themes.