Press "Enter" to skip to content

Ersin Tatar: Qolf alternativ turizmə töhfə verir

Ersin Tatar

Son yeniləmə: 20 Fevral 2024 15:17

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaqanı Ersin Tatar Korineum Qolf Sahəsindəki golf kubokunun mükafatlandırma mərasiminə qatılıb.

Kibris Türk xəbər verir ki, mərasimdə çıxış edən Ersin Tatar turnirin təşkilində əməyi olanlara təşəkkür, turnirin iştirakçılarını və qaliblərini təbrik edib.

Məlumata görə, KKTC Cümhurbaşqanı qolf meydançasının olmasının və qolf turnirlərinin təşkilinin ölkə üçün böyük qazanc olduğunu bildirib: “Qolfun alternativ turizmə töhfə verdiyini açıqlayan E.Tatar, qolf sahəsini ölkəyə gətirən Günay Çerkezi təbrik edib, Qolf Federasiyasının prezidenti Ali Ratip Doğruer və Hasan Kasapoğluna işlərində uğurlar arzulayıb. Qolf Federasiyasının prezidenti Ali Ratip Doğruer çıxışında ilin ilk turnirini uğurla başa vurduqlarını və turnirə qatılaraq qolf oynayan E.Tatarın onları şərəfləndirdiyini bildirib”.

Mission News Theme by Compete Themes.