Press "Enter" to skip to content

Qətərdə Azərbaycan Mədəniyyəti Günləri

Azərbaycanlı sənətçilər

BAYRAQDAR MEDİA – Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “nümayəndə heyətində mədəniyyət xadimləri, bədii kollektivlər və media mənsubları təmsil olunurlar. Fevralın 21-də paytaxt Dohanın “Souq Waqif” bazar mərkəzində mədəniyyət günlərinin açılışı keçirilib. Bu məkan öz rəngarəng xalçalar və sənət əsərləri nümayiş olunan, küçə performansları ilə məşhur bir yerdir. Mədəniyyət Nazirliyi və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə Azərbaycan xalçalarının sərgisi təqdim olunur. Sərgidə 15-ə yaxın unikal toxuma texnikası ilə ərsəyə gətirilən xalılar yer alıb. Qətərin Mədəniyyət Nazirliyinin rəsmiləri sərgiyə baxış keçiriblər”.

Sərgi məkanında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında milli musiqi çələngi təqdim olunub. Daha sonra muğam üçlüyü və Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri sənətsevərlər qarşısında çıxış ediblər. Konsert Dohalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mission News Theme by Compete Themes.