Press "Enter" to skip to content

Kitab tanıtma: “Millət yaddaşının keşikçisi”

Millət yaddaşının keşikçisi

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında nəşrlərdən biri də millət vəkili, Prof. Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabıdır.

Nəşrdə bildirilir ki, kitab Azərbaycan Parlamentinin 100 yaşına və Məclis-i Məbusanı şərəf tarixinin parlaq səhifəsinə çevirmiş qurucu babaların işıqlı xatirəsinə həsr ithaf edilir.

Kitabın annotasiyasında deyilir: “Görkəmli pedaqoq, publisist, mətnşünas, milli mətbuat tarixinin misilsiz araşdırıcısı Şirməmməd Hüseynovun uzun ömrü boyu layiq görüldüyü çoxlu təltif və mükafatların sırasında “Qızıl qələm” də var. Əslində qızıl qələm ifadəsi və anlayışı bu mükafatsız da Şirməmməd müəllimin bütün yaradıcılığına aid edilə bilər. O, Azərbaycan istiqlal tarixinin qızıl səhifələrini və parlaq şəxsiyyətlərini dərindən öyrənərək bütövlüyü ilə xalqa təqdim etmək yolunda genişmiqyaslı fəaliyyət göstərib. Araşdırmaları və nəşrləri ilə o, Həsən bay Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşı, Əhməd bəy Ağayev və digər millət fədailərinin şəxsiyyəti və irsinin daha yaxşı tanınması və bilinməsi üçün mötəbər təməllər yaratmış, cümhuriyyət dövrü milli parlamentimizin şanlı səhifələrini müasir və gələcək nəsillərə çatdıran qiymətli kitablar silsiləsi doğurmuşdur. Azərbaycanın elmi və ədəbi mühiti, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab tanınmış alim və pedaqoq, Əməkdar jurnalist, Prof. Şirməmməd Hüseynovun ömür və yaradıcılıq yoluna həsr edilir”.

Nəşrdə “Vicdanını paklaşdıran ustad”, “İşıqlanmaq ehtiyacı”, “Bir qutu xatirə”, “Örnək adam” adlı başlıqlarda yazılar yer alır.

Mission News Theme by Compete Themes.