Son yeniləmə: 26 Fevral 2024 16:11
BAYRAQDAR MEDİA – “Nar”-ın dəstəyi ilə “Şəkərbura Şou” intellektual oyununun fevral ayının finalı keçirilib. Mobil operator oyunun qaliblərini mükafatlandırıb.
BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, 2022-ci ildə başlayan “Şəkərbura Şou” layihəsi hər mövsüm öz biliklərini, intuisiya və komandada işləmək bacarığını sınamaq istəyən yüzlərlə oyunçunu bir araya gətirir.
Oyunda ümumilikdə 27 komanda olmaqla, 200-ə yaxın oyunçu iştirak edib.
“Nar” sosial məsuliyyətli mobil operator olaraq asudə intellektual vaxtın keçirilməsini təşviq edən təşəbbüsləri dəstəkləyir. Mobil operatorun bu istiqamətdəki fəaliyyəti ilə nar.az/projectssəhifəsində tanış ola bilərsiniz.