Press "Enter" to skip to content

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Tədbir zamanı

Son yeniləmə: 26 Fevral 2024 14:01

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Dövlət Pantomima Teatrının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib

BAYRAQDAR MEDİA – “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Dövlət Pantomima Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 26-da Səhmdar Cəmiyyətdən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Dövlət Pantomima Teatrında təşkil edilən,“AzerGold” QSC və onun törəmə şirkətləri –“Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək, 32 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımınıninsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. X.Fərzəliyev erməni millətçiliyinin gerçək mahiyyətini əks etdirən bu vandalizmin heç bir zaman unudulmayacağını bildirib”.

Məlumata görə, X.Fərzəliyev Ermənistanın terror siyasətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək məqsədi daşıdığını deyib: “O, Xocalı faciəsindən 28 il sonra şanlı ordumuzun hərb meydanında düşmənə layiqli cavab verdiyini, Xocalı cəlladlarının böyük bir qisminin tutularaq ədalət mühakiməsinə cəlb edildiyini qeyd edib. Cari il ərzində xocalılıların öz doğma yurd-yuvalarına qayıdacaqlarını böyük qürur hissi ilə xatırladan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin liderliyi ilə faciə qurbanlarının qisasının böyük qəhrəmanlıqla alındığını diqqətə çatdırıb”.

“Xocalı bu olub” tamaşasından bir səhnə
“Xocalı bu olub” tamaşasından bir səhnə

Xəbərdə deyilir ki, daha sonra Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev çıxış edib: “E.Rəfiyev dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırımını pantomima teatrı estetikasında nümayiş etdirən “Xocalı bu olub” tamaşası və onun ehtiva etdiyi mesajlardan bəhs edib. Peşəkar aktyorların ifasında həmin dəhşətli gecədə yaşanan faciənijest və mimikaların diliilə xüsusilə beynəlxalq müstəvidə əcnəbi tamaşaçılara çatdırıldığı qeyd edilib”.

Sonda teatr kollektivinin ifasında müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli olan “Xocalı bu olub” tamaşası təqdim edilib. 26 fevral gecəsi baş verənləri əks etdirən təsirli səhnələrin oynanıldığı tamaşaaktyor heyəti və tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Mission News Theme by Compete Themes.