Press "Enter" to skip to content

Paralimpiya çempionu ilə görüş olacaq

İlham Zəkiyev

Son yeniləmə: 29 Fevral 2024 14:52

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş martın 1-də paytaxtdakı 65 nömrəli tam orta məktəbdə olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı cüdoçu, ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, səkkizqat Avropa çempionu İlham Zəkiyev olacaq. Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək”.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Mission News Theme by Compete Themes.