Press "Enter" to skip to content

Qarabağ Universitetində ilk vakansiya

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətləri karabakh@edu.gov.az e-poçt ünvanına göndərmək lazımdır. Vakansiya üzrə son müraciət tarixi martın 15-i qeyd olunub. Namizədlər ətraflı məlumatla elandan tanış ola bilər”.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Mission News Theme by Compete Themes.