Press "Enter" to skip to content

TƏBİB-dən daha bir xəbər

Xəstəxananın tibbi personalı

Son yeniləmə: 29 Fevral 2024 14:51

Mərkəzi Neftçilər Xəstəxanasının yeni açılan şöbəsində qısa zamanda yüzdən çox pasiyentə xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək və xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə tibb müəssisələrinin maddi-texniki bazasını yeniləmək və təkmilləşdirməkdə davam edir. Artıq bir sıra xəstəxanalarda həyata keçirilən bu proses öz effektini verməkdədir .

Bu barədə qurumdan BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilib.

Bildirilib ki, “bir neçə ay bundan əvvəl əsaslı təmir-bərpa işlərindən sonra açılışı olan Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində qısa zamanda yüzdən çox pasiyentə xidmət göstərilib. İlin əvvəlindən bu günə qədər şöbəyə xəstəxananın digər şöbələrindən vəziyyəti ağır qiymətləndirilən 42, qəbul şöbəsindən isə 71 xəstə daxil olub və onlara reanimasiyon xidmətlər göstərilib”.

Məlumat üçün o da vurğulanıb ki, yenidənqurma işlərindən sonra şöbə yeni və ən müasir tibbi avadanlıqlar, cihazlarla təchiz olunub: “Belə ki, şöbə hemodializ və süni tənəffüs aparatları, tam təminatlı kardiomonitorlar, infuzomatlar, perfuzorlar, videolarinqoskop, sorucu cihaz, defibrilyator, çoxfunksiyalı çarpayılar, portativ rentgen, USM, EXO cihazları, qan qızdırıcı, havalı döşəklər və s. ilə təmin olunub. Hazırda şöbədə 21 həkim anestezioloq-reanimatoloq çalışır. Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının nəzdində Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin açılışı 2023-cü ilin 18 dekabrında olub”.

Mission News Theme by Compete Themes.