Press "Enter" to skip to content

“ASAN xidmət” beynəlxalq tədbirdə təqdim olunub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Monteneqronun paytaxtı Podqoritsa şəhərində Almaniya Beynəxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Qərbi Balkanlar Regionu üzrə Dövlət İdarəçilik Məktəbinin (ResPA) təşkilatçılığı ilə “Mükəmməllikdə tərəfdaşlıq təməlinin qurulması” mövzusunda seminar keçirilib. Əsas məqsəd keyfiyyətli idarəetmə sistemləri qrupuna aid olan “Ümümi Qiymətləndirmə Çərçivəsi”nin dövlət qurumlarının təşkilati fəaliyyətinin təkmilləşdirilməsində rolu, habelə müvafiq modelin Şərq Tərəfdaşlığına (ŞT) üzv ölkələrdə mümkün tətbiqi barədə müzakirələrin aparılması olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “proqram çərçivəsində ölkəmizin “ASAN xidmət” təcrübəsi barədə iştirakçılara ətraflı məlumat verilib. Həmçinin səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyinin Dövlət idarəçiliyində strateji planlaşdırma idarəsinin baş direktoru arasında ikitərəfli görüş keçirilib. Tərəflər arasında 2017-ci ildə imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində birgə həyata keçirilmiş tədbirlər, planlaşdırılan layihələr, o cümlədən Dövlət Agentliyi tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində icra olunan mövcud innovativ həllərin Monteneqroda tətbiqinə dair müzakirələr aparılıb”.

Mission News Theme by Compete Themes.