Press "Enter" to skip to content

Daha bir sosial aksiya

Ekskursiya zamanı

Son yeniləmə: 4 Mart 2024 15:29

90 şagird Peşə Təhsili Mərkəzinə ekskursiyaya aparılıb

BAYRAQDAR MEDİA – Keçmiş məcburi köçkün məktəblilərin peşə mərkəzlərinə ekskursiyası davam etdirilir. Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 90 şagird Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə ekskursiyaya aparılıb. Şagirdlər ekskursiyası hər birində 30 nəfər olmaqla 3 qrup halında təşkil edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya layihə rəhbəri layihə rəhbəri Nizami Əsgərov məlumat verib.

Bildirilib ki, ekskursiya zamanı layihə rəhbəri Nizami Əsgərov həyata keçirilən fəaliyyətlə bağlı şagirdlərə məlumat verib. Qeyd edib ki, şagirdlərə paylanılan “Peşə təhsilinin üstünlükləri” adlı bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunub: “Siz həmin bukletdə əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat ala bilərsiniz. Nəzərə alın ki, bu gün peşə seçimi ilə bağlı verdiyiniz qərarlar gələcək həyatınız üçün çox önəmli olacaq. Peşə liseylərinə qəbul isə sizin IX sinfin buraxılış imtahanında topladığınız bal əsasında aparılır. Burada öyrəndiyiniz peşə bacarıqları əsasında sonradan əmək bazarında özünüzə rahat iş yeri tapa biləcəksiniz”.

Daha sonra təlimçi Gülsarə Həsənova və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Səbinə Hacıyeva şagirdlərə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verib.

Ekskursiya zamanı bildirilib ki, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində tələbələrə 18 ixtisas tədris olunur. Həmin ixtisasların əksəriyyəti hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır.

Sonda şagirdlər Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzindəki tədris şəraiti, təhsil imkanları ilə tanış olublar.

Məlumatda o da qeyd edilib ki, qarşıdakı müddətdə şagirdlər hər birində 30 nəfər olmaqla 3 qrup halında daha 3 Peşə Təhsili Mərkəzinə ekskursiyası nəzərdə tutulur: “Peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində reallaşır”.

Mission News Theme by Compete Themes.