Press "Enter" to skip to content

İnstrumental ansamblın konserti

Konsert olacaq

BAYRAQDAR MEDİA – Martın 6-sı saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.

Xəbərdə bildirilir ki, “konsert proqramında Mahnı Teatrının instrumental ansamblının müşayiəti altında Azərbaycanın tanınmış incəsənət ustaları – Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadənin ifa etdikləri mahnılar səsləndiriləcək”.

Mission News Theme by Compete Themes.