Press "Enter" to skip to content

Bölgələrdə vətəndaş qəbulu

Son yeniləmə: 5 Mart 2024 16:51

BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev martın 15-də Ağsu rayonunda sakinləri qəbul edəcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatda qeyd edilib.

Bildirilib ki, “qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək”.

Nazirliyin digər məlumatında isə bildirilib ki, “əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə martın 15-də Tovuz rayonunda sakinləri qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək”. Vurğulayaq ki, vətəndaşlar 05 – 12 mart tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər: “Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcək”.

Mission News Theme by Compete Themes.