Press "Enter" to skip to content

Kitab tanıtma: Ekologiyadan əvvəlki “ekologiya”

Ekologiyadan əvvəlki “ekologiya”

Son yeniləmə: 5 Mart 2024 15:15

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasında Qara Mustafayev, Anar Məmmədov, Yusif Mahmudovun müəllifi olduqları “Ekologiyadan əvvəlki “ekologiya” (monoqrafiya, tarixi-ekoloji aspektlər)” monoqrafiyası da yer alır.

Nəşr 2017-ci ildə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir.

Kitab “Ekologiyanın mahiyyəti və elm kimi yaranması tarixi”, “Ekologiyanın yaradılmasından əvvəl ətraf mühitin öyrənilməsi və ya “Ekologiyadan əvvəlki “ekologiya””, “Azərbaycanın tarixi-mədəniyyət abidələri və ətraf mühit”, “Novruz və onun ekoloji aspektləri”, ““Əkinçi” qəzeti Azərbaycanda ekoloji maariflənmənin əsasını qoyub”, “Azərbaycanda ətraf mühitin qorunması tədbirləri” və s. fəsillərdən ibarətdir.

Qeyd edək ki, monoqrafiyanın redaktorları Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev, Əməkdar elm xadimi Yaqub Mahmudov, rəyçiləri UNESCO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri, akademik Urxan Ələkbərov, fəlsəfə elmləri doktoru, Prof. İzzət Rüstəmov, Əməkdar müəllim, Prof. Vidadi Xəlilov, Əməkdar elm xadimi, Prof. Məhərrəm Qasımlıdır.

Mission News Theme by Compete Themes.