Press "Enter" to skip to content

“Novruz görüşləri” adlı ustad dərsləri

Novruz görüşləri

BAYRAQDAR MEDİA – Azərbaycanın mədəni həyatında və düşüncə tərzində “Novruz”un öz yeri var. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Bu oyanış rəmzləri “Novruz”un hikmətində elm, düşünmə və özünütəhlil üçün təbii zəmin yaradır. Tarixi ənənəyə və müasir inkişafa dayanaraq Mədəniyyət Nazirliyi tərəfindən “Novruz görüşləri” adlı ustad dərslərinə başlanılır.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Tanınmış və sahəsi üzrə peşəkar şəxslərin Bakının məhşur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub”.

Bildirək ki, görüşlərin mart ayının 5-20-si aralığında, novruz bayramı ərəfəsində keçirilməsi planlaşdırılır. Məkan və tarix barədə məlumatlar qeydiyyatdan uğurlar keçən şəxslərə əvvəlcədən göndəriləcək.

Qeyd edək ki, görüşlərdə tamaşaçı kimi iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.