Press "Enter" to skip to content

Bu iki namizəd tələb olunan imzanı toplayıb

Stevo Pendarovski və Gordana Silyanovska Davkova

Son yeniləmə: 6 Mart 2024 14:21

BAYRAQDAR MEDİA – Quzey Makedoniya seçkilərə hazırlaşır. Bu arada bəlli olub ki, hazırkı prezident Stevo Pendarovski və universitet müəllimi Gordana Silyanovska Davkova ötən həftə sonu tələb olunan 10 min imzaya çataraq namizədliklərinin qeydiyyatını yekunlaşdırıblar.

Xəbəri Yeni Balkan yayıb.

Bildirilib ki, “Stevo Pendarovski hakim SDSM-dən, Qordana Silyanovska Davkova isə namizədliyini təsdiqləyərək ana müxalifət olan VMRO-DPMNE-nin dəstəyini alıb. Pendarovski ilə Davkova arasında prezidentlik yarışı 2019-cu ildə keçirilib və Pendarovski ikinci turda yarışın qalibi olub. İkisi arasında növbəti mübarizə aprelin 24-də keçiriləcək seçkidə olacaq”.

Mission News Theme by Compete Themes.