Press "Enter" to skip to content

Nazir qardaş ölkənin Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycanlı qonaq təntənə ilə qarşılanır

BAYRAQDAR MEDİA – Martın 6-da qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan-Türkiyə münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğu qeyd edilib, ölkələrimiz arasında mövcud olan əməkdaşlığın bölgədəki sabitliyi təmin edən əsas amillərdən biri olduğu vurğulanıb”.

O da qeyd edilir ki, “sonda Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub”.

Mission News Theme by Compete Themes.