Press "Enter" to skip to content

Tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirilməsi

Eşqi Bağırov

BAYRAQDAR MEDİA – “Cari ildə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək”. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.

Xəbərdə deyilir ki, “E.Bağırov bildirib ki, diaqnostik qiymətləndirmə tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədi ilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıyır: “Bu nəticə tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etməyəcək. Sertifikatlaşdırmaya gəlincə isə bu il tərbiyəçi müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulmur. Sertifikatlaşdırma prosesinə növbəti ildən başlanılacaq. 2026-cı ilə qədər 17 min nəfər sertifikatlaşdırmaya cəlb ediləcək və proses tamamlanacaq””.

Direktor məktəbəqədər təhsildə idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə də tədbirlərin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, cari ildə məktəbəqədər təhsil müəssisələrində pedaqoji və idarəetmə heyəti üçün təlimlərin təşkili, keyfiyyət təminatı sisteminin yaradılması istiqamətində işlər aparılacaq.

Mission News Theme by Compete Themes.