Press "Enter" to skip to content

“Türk dünyasının dahi şəxsiyyəti” kitabının təqdimatı

Təqdimat zamanı

Son yeniləmə: 6 Mart 2024 16:36

BAYRAQDAR MEDİA – Martın 6-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan və rus dillərində “Türk dünyasının dahi şəxsiyyəti” (Великая личность тюркского мира) kitabının təqdimatı keçirilib.

Tədbirdə nəşrin ön sözünün müəllifi Əməkdar elm xadimi, Prof. Yaqub Mahmudov çıxış edərək kitabın əhəmiyyətindən söz açıb. O qeyd edib ki, kitaba daxil edilən yazıların əksəriyyətinin müəllifləri Azərbaycanın böyük tədqiqatçılarıdır. Professor Heydər Əliyev şəxsiyyətinin ucalığı haqqında da danışıb.

Ardınca Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev çıxış edərək iki qardaş ölkə arasındakı əlaqələrdən söhbət açıb.

“Dövlət quranda qəhrəmanlıq edəsən gərək. Heydər Əliyev də qəhrəmanlıq etdi” deyən Əməkdar elm xadimi, millət vəkili, Prof. Nizami Cəfərov tədbir iştirakçılarına Ümummilli Liderin siyasi fəaliyyəti haqqında danışıb.

Tədbir zamanı Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Elza Seyidcahanın və digərlərinin ifalarında mahnılar ifa edilib.

Tədbirdə bildirilib ki, kitab qardaş Qırğızıstanda Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə nəşr edilib. Qeyd edək ki, kitaba Azərbaycan, türk və qırğız alimlərinin, həmçinin müxtəlif sahələrdən olan insanların H.Əliyevə həsr etdikləri məqalələri daxildir.

Mission News Theme by Compete Themes.