Press "Enter" to skip to content

Ekspert immunitet haqqında danışıb

Günay İsmayılova

Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Günay İsmayılova: “İmmunitet sisteminin effektiv olması üçün profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzinə riayət etmək lazımdır”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Günay İsmayılova immunitet haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “G.İsmayılova deyib ki, immunitet orqanizmdə qoruyucu funksiyanı yerinə yetirən sistemdir və xarici elementləri tanımaq və onları məhv etmək üçün məsuliyyət daşıyır. Terapevt immunitetin anadangəlmə və qazanılan növlərinin olduğunu deyib. Bildirib ki, onlar birlikdə potensial təhlükəli amillərə qarşı immun cavabı verirlər. G.İsmayılova anadangəlmə (qeyri spesifik) immunitetin irsi olaraq ötürüldüyünü, qazanılanın isə xəstəlik və ya peyvənddən sonra yarandığını vurğulayıb”.

Mütəxəssis həmçinin yuxu rejiminin güclü immunitetin əsas şərtlərindən biri olduğunu deyib. Həmçinin bildirib ki, yuxunun olmaması ilə immunitet sistemi zəifləyir və orqanizmin xəstəliyin törədicinə reaksiya sürəti yavaşlayır.

Sonda G.İsmayılova immuniteti artırmaq üçün nə etmək lazım olduğundan da danışıb. Qeyd edib ki, immunitetin güclü qalması üçün müntəzəm olaraq sağlamlığın qayğısına qalmaq, profilaktik müayinələrdən keçmək, stressdən qaçmaq, daha çox hərəkət etmək, sağlam həyat tərzinin prinsiplərinə riayət etmək lazımdır.

Mission News Theme by Compete Themes.