Press "Enter" to skip to content

Türkmənistanın səfiri rektorla görüşüb

Görüşdən foto

Son yeniləmə: 7 Mart 2024 10:19

BAYRAQDAR MEDİA – Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmirat Seitməmmədov ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru Jaba Samushiya arasında görüş keçirilib.

Bu barədə orient.tm saytı məlumat yayıb.

Bildirilib ki, “görüş zamanı tərəflər təhsil, elm və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi, o cümlədən iki ölkənin təhsil müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər. Səfir Doğunun böyük mütəfəkkiri və şairi Maqtımqulu Fraqinin anadan olmasının 300 illik yubileyinin qeyd olunması ilə əlaqədar bu il nəzərdə tutulan tədbirlər barədə rektora məlumat verib”.

Məlumata əsasən, TDU rektoru C.Samuşiya gələcək əməkdaşlığa hazır olduğunu bildirib. O, birgə tədbirlərin iki ölkə və xalqlar arasında mədəni-humanitar əlaqələrin, dostluğun möhkəmlənməsinə kömək edəcəyini qeyd edib.

Mission News Theme by Compete Themes.