Press "Enter" to skip to content

73 yaşlı tələbə

O məşhur tələbə

BAYRAQDAR MEDİA – Qəbələdə səfərdə olan elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan 73 yaşlı Musa Mahmudovla görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “M.Mahmudov “Arıçılıq” ixtisası üzrə təhsil alır. Azərbaycanın ən yaşlı tələbəsi olan M.Mahmudov 1951-ci ildə Qəbələnin Vəndam kəndində doğulub. O, 2004-cü ildən arıçılıqla məşğuldur. Əvvəllər arılarını Mingəçevirdə saxlayıb və ətraf bölgələrə aparıb, son 11 ildir ki, arılara Vəndamda baxır və hazırda 60 arı ailəsi var. O, “Ana arı” yetişdirir, arıların artırılmasında və ana arının dəyişdirilməsində istifadə edir”.

Sonra xəbərdə bildirilir ki, “sözügedən Mərkəzdə arıçılıq ixtisasının açılmasına ən çox sevinənlərdən biri M.Mahmudov olub. Çünki o, arıçılığı praktik bacarsa da, onun digər sirlərini zəif bilib. Ona görə də bu yaşında tələbə olmaq arzusunu reallaşdırıb. Hazırda qrupun ən fəal tələbələrindən biridir. Yaşı 70-i keçsə də, təhsil almaq, bilik və bacarıqlarını artırmaq yolunda yorulmadığını bildirir”.

Mission News Theme by Compete Themes.