Press "Enter" to skip to content

“Heydər Əliyev – Unudulmaz Lider” adlı foto-xalça sərgisi

Sərgi zamanı

BAYRAQDAR MEDİA – Martın 11-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev – Unudulmaz Lider” adlı foto-xalça sərgisinin təqdimatı keçirilib.

Sərgidə Azərbaycan və Türkiyənin millət vəkilləri, “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin rəhbərliyi, YAP Yasamal Rayon Təşkilatının rəhbərliyi və MEK əməkdaşları iştirak edib.

Sərgidə İctimai Birliyin sədri Tural Nurməmmədov çıxış edərək sərgi haqqında iştirakçıları məlumatlandırıb.

Sonra MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək rəhbəri olduğu müəssisədə Ulu Öndər Heydər Əliyev ilə bağlı görülmüş işlərdən, keçirilmiş tədbirlərdən söz açıb, Kitabxanada fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi haqqında məlumat verib.

Ardınca sərgiyə baxış keçirilib.

Daha sonra çıxış edənlər – millət vəkili Jalə Əhmədova, Türkiyə Böyük Millət Məclisinin millət vəkili İbrahim Köşdere, millət vəkili Vüqar İskəndərov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev H.Əliyevin Azərbaycan üçün gördüyü işlərdən danışıblar. Eləcə də onlar Azərbaycan Türkiyə birliyindən söz açaraq bu birliyin, qardaşlığın əbədi oluğunu dilə gətiriblər.

Çıxış edənlər həmçinin sərgiyə görə MEK rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sərgidə vurğulanıb ki, H.Əliyev böyük dəryadır və o, hər zaman öyrənilməli və öyrədilməlidir. Eləcə də bildirilib ki, sözügedən foto xalça sərgisi daha öncə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, YAP Yasamal Rayon Təşkilatında da təqdim olunub və mayın 10-dək müxtəlif müəssisələrdə, elm ocaqlarında təqdimatı davam edəcək.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi zamanı M.Əliyev MEK tərəfindən hazırlanmış “Ulu Öndərin müdrik fikirləri” adlı audiodiski qonaqlara hədiyyə edib.

Mission News Theme by Compete Themes.