Press "Enter" to skip to content

Qardaş ölkə Prezidenti Füzuli rayonunda

İlham Əliyev yüksək qonağı qarşılayır

BAYRAQDAR MEDİA – Azərbaycanda dövlət səfərində olan qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev martın 12-də Füzuli rayonuna gəlib. Yüksək qonağı Füzuli Beynəlxalq Hava Limanında fəxri qarovulun müşayiəti ilə Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Daha bir xəbərdə deyilir ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçılarına Füzulidə görülən və həyata keçiriləcək işlər barədə məlumat verib.

O da bildirilir ki, İlham Əliyev və Qasım-Jomart Toqayev Füzulidə inşa ediləcək Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olub.

Mission News Theme by Compete Themes.