Press "Enter" to skip to content

Regionlarda maarifləndirici görüşlər davam edir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bölgələrdə yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq, bu sahəyə məsuliyyət hissini aşılamaq məqsədi ilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “növbəti görüşlər Şirvan şəhəri 2 saylı, Ağcabədi şəhər 11 nömrəli, Zaqatala şəhəri İsmayıl Səmədov adına 5 nömrəli, Lənkəran şəhər 4 və 8 nömrəli tam orta məktəblərin, Lerik rayon Sivəkəran kənd ümumi orta məktəbin şagirdləri və Masallı Dövlət Regional Kollecinin tələbələri ilə təşkil olunub”.

Görüşlər zamanı şagird və tələbələrə ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq, narkomaniyaya qarşı mübarizə tədbirləri, Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı apardığı mübarizə tədbirləri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyəti və s. mövzularda məlumatlar verilib, mövzular ətrafında verilən suallar cavablandırılıb.

Mission News Theme by Compete Themes.