Press "Enter" to skip to content

Akademik Musiqili Teatrın aprel repertuarı

Azərbaycan Dövlət Akademik Musiqili Teatr

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel ayına olan repertuarını açıqlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, aprel ayında Teatrda aşağıdakı tamaşalar təqdim olunacaq:

4 aprel – “Aysedora” (rus dilində) (Z.Saqalov) – 19:00
5 aprel – “Qadınım” (T.Cücənoğlu, səhnələşdirən İ.Gözəlova) – 19:00
6 aprel – “İki küpəgirən qarı” premyera, (Ə.Əlizadə, R.Sef, T.Karelina, tərcümə C.Məmmədov) – 12:00
6 aprel – “Leyli və Məcnun” (Ü.Hacıbəyli, libretto müəlifi S.Qulamov) – 19:00
7 aprel – “Bir dayan, canavar!” (rus dilində) (R.Ağayeva, A.Xayt, A.Kurlyandski) – 12:00
7 aprel – “Nəğməmə inan” (rus dilində) (P.Bülbüloğlu, M.Şerbaçenko) – 19:00
12 aprel – “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev) – 19:00
13 aprel – “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts) – 12:00
13 aprel – “Lara Martin’s Jazz Club” (rus dilində) (A.N.Ostrovski, səhnələşdirən İ.Gözəlova) – 19:00
14 aprel – “İki küpəgirən qarı” (rus dilində) (Ə.Əlizadə, R.Sef, T.Karelina) – 12:00
14 aprel – “Sevənlərindir dünya” (Ə.Pəhləvan) – 19:00
19 aprel – “Anamın kitabı” (ingilis dilində) (C.Məmmədquluzadə, tərcümə T.Rəsulov) – 19:00
20 aprel – “Qızıl cücə” (rus dilində) (V.Ulanovski, V.Orlov) – 12:00
20 aprel – “Paris Notr-Dama ithaf” (V.Hüqo, səhnələşdirən S.Qulamov) – 19:00
21 aprel – “İki küpəgirən qarı” premyera, (Ə.Əlizadə, R.Sef, T.Karelina, tərcümə C.Məmmədov) – 12:00
21 aprel – “Kimyagər” (S.Kərimi) – 19:00
25 aprel – “Utancaq qız” (kiçik səhnə – rus dilində) (F.Dostoyevski) – 19:00
26 aprel – “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərcümə D.Mustafayev) – 19:00
27 aprel – “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) – 12:00
27 aprel – “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) – 19:00
28 aprel – “İki küpəgirən qarı” (rus dilində) (Ə.Əlizadə, R.Sef, T.Karelina) – 12:00
28 aprel – “Psix” (M.Servantes, səhnələşdirən Ər-Toğrul) – 19:00

Redaksiyadan: Akademik statuslu bir teatrın repertuarının üçdə birindən də çoxunun yabançı bir dildə – rusca olması müstəqilliyinin 33-cü ilini yaşayan Azərbaycan üçün çox üzücüdür. Bu dövlətin dili Azərbaycan dilidir. Əlbəttə, başqa dillərdə də tamaşalar təklif etmək olar. Amma daha bu qədər yox da. Üstəlik nəzərə alaq ki, Azərbaycanda rusların nisbəti ölkə əhalisinin heç 1 faizi də deyil. Belə bir durumda necə olur ki, ənənələri və tarixi olan milli bir teatr öz tamaşalarının 35 faizini rus dilində təqdim edir? Maraq, motiv, səbəb nədir? Pul qazanmaq istəyi? Yaxud da bizim bilmədiyimiz başqa səbəblər? Ümid etmək istərdik ki, bu suallara ağlabatan cavab verənlər tapılacaq. Hər şeydən öncə cavabı Mədəniyyət Nazirliyindən eşitmək istərdik…

Mission News Theme by Compete Themes.