Press "Enter" to skip to content

Prezidentin xüsusi nümayəndəsi ilə bağlı Sərəncam

Prezident İlham Əliyev

Son yeniləmə: 13 Mart 2024 17:25

BAYRAQDAR MEDİA – Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bununla bağlı martın 13-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sənədin mətnini Prezidentin mətbuat xidməti yayıb.

Eyni Sərəncamla “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Prezidentin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı ləğv edilib.

Başqa bir Sərəncamla Məsim Əhməd oğlu Məmmədov Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Mission News Theme by Compete Themes.