Press "Enter" to skip to content

Ulu Öndərin 100 illik yubileyi ilə bağlı kitablar MEK-də

Sözügedən kitab

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə nəşr edilən kitablar daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə bildirilir ki, ““Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı kitab Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində hazırlanmış və üç bölmədən ibarətdir. Burada Ümummilli Liderin Azərbaycana rəhbərliyinin birinci dövründə kənd təsərrüfatının inkişafında dönüş yaradan siyasi xəttin müəyyən edilməsi və həyata keçirilməsi, dövlət müstəqilliyi şəraitində aqrar islahatların həyata keçirilməsi sahəsində H.Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, aqrar islahatlar konsepsiyasının formalaşdırılması, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin uğurla davam etdirilməsi ilə bağlı geniş əhatəli məsələlər ehtiva olunur. Bu kitab Aqrar inkişaf və aqrar sahədə əsaslı islahatlarla bağlı, H.Əliyev irsi ilə, habelə Azərbaycanın kənd təsərrüfatının müasir tarixi ilə maraqlananlar üçün faydalı nəşrdir”.

Sonra xəbərdə, “növbəti nəşr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekonofizika Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış, Prof. Şahlar Əsgərovun Ümummilli Liderin bənzərsiz və fenomenal həyatı barədə düşüncələrinin və xatirələrinin əks olunduğu “Heydər Əliyevin həyatının unikal səhifələri” adlı kitabıdır. Kitabda H.Əliyevin Azərbaycanın yeni dövlət kimi qurulmasındakı misilsiz xidmətləri, fenomenal idarəçilik, müəllifin xatirələri, mühakimə və mülahizələri, eləcə də Ulu Öndərin aforizmləri yer alıb” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.