Press "Enter" to skip to content

Fikrət Əliyev: Bu səfər türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir

Fikrət Əliyev

BAYRAQDAR MEDİA – “Bu gün istər Azərbaycan, istərsə də türk dünyası özünün şanlı dövrünü yaşayır. Bizlər tarixi anlara, tarixi məqamlara, tarixi addımlara şahidlik edirik. Bu, olduqca qürurveririci və sevindiricidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həm andiçmə mərasimindəki çıxışı, həm də İstanbuldakı çıxışı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) haqqında bəyan etdiyi fikirlər, əslində türk dünyasının yeni dövrdəki fəaliyyəti üçün bir istiqamət bərilədi: “Əslində, belə deyərdim ki, bu TDT-nin yaxın müddət ərzində fəaliyyəti üçün bir yol xəritəsi idi. Cənab Prezident İlham Əliyev həmən fikirləri ilə yol xəritəsinin istiqamətlərini müəyyən etdi”.

F.Əliyevin sözlərinə görə, eyni zamanda Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana səfəri zamanı səslənən bəyanatlar və imzalana sənədlər də bu yol xəritəsinin qısa bir zamanda icra edilməsi üçün mühüm addımlar atıldığını ortaya qoydu: “Baş verənlər bir məqamı da xüsusi olaraq ortaya çıxarır. Azərbaycan əvvəllər uzun müddət arzulanan müqəddəs bir missiyanı da uğurlar reallaşdırmaqdadır. Söhbət Orta Asiya ilə Türkiyə və Avropadakı türklər arasında strateji bir körpü rolunu oynamaqdan gedir. Səfər zamanı Qazaxıstanla Azərbaycan arasında imzalından iqtisadi əməkdaşlıq sahəsindəki sənədlər təkcə iki qardaş ölkənin deyil, ümumilikdə türk dünyasının iqtisadi imkanlarının daha da artmasına təkan verəcək. Bu baxımdan Qasım-Jomart Toqayevin bu səfəri türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir”.

Mission News Theme by Compete Themes.