Press "Enter" to skip to content

İnteraktiv təlimlər

Müəllimlər üçün təlimlər keçirilir

Son yeniləmə: 14 Mart 2024 14:58

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən müəllimlər üçün təlimlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 14-də İdarədən məlumat verilib.

Bildirilib ki, “təlimlərdə Məktəbin İnkişaf Planı yazılan 30 ümumi təhsil məktəbinin müəllimləri iştirak edir. Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək və ümumi təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdan ibarətdir. İnteraktiv təlimlərdə 4 modul-fənn kurikulumlarının strukturu, təlim nəticəsinin çıxarılması və şagirdlərə elan edilməsi, məktəbdaxili qiymətləndirmə, təlim modelləri, səmərəli dərsin təşkilinə dair tələblər haqqında geniş məlumat verilir”.

Məlumata görə, təlimlərdə müəllimlərə müxtəlif istiqamətli praktiki tapşırıqlar verilir, qarşılıqlı fikir mübadiləsi aparılır, onları maraqlandıran suallara aydınlıq gətirilir: “Həmçinin təlimlərdə qrup işləri yerinə yetirilir. Təlimlərin davam etdirilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.