Press "Enter" to skip to content

Seçkiyə hazırlıq davam edir

Quzey Makedoniyada seçkilərdir

Son yeniləmə: 14 Mart 2024 14:59

BAYRAQDAR MEDİA – Quzey Makedoniyada seçkiyə hazırlıq davam edir. Bu arada isə Ayrı-seçkiliyin Qarşısının Alınması Komissiyasının sədri İqor Jadrovski mətbuat konfransı keçirib.

Yeni Balkan xəbər verir ki, o, mətbuat konfransında seçki prosesi zamanı həm sosial mediada, həm də ənənəvi mediada gedən diskursları yaxından izləyəcəklərini açıqlayıb: “Mətbuat konfransında çıxış edən komissiya sədri bildirib ki, narahatedici bəyanatların bildirilməsi üçün xüsusi forma hazırlanacaq və komissiyanın internet saytında yerləşdiriləcək. İ.Jadrovski seçkidə iştirak edəcək bütün namizədləri narahatedici və nifrət xarakterli çıxışlardan çəkinməyə çağıraraq, bu yolla seçkilərin ədalətli və demokratik şəraitdə keçirilə biləcəyinə işarə edib”.

Mission News Theme by Compete Themes.