Press "Enter" to skip to content

“Azərbaycan müəllimi” qəzeti müsabiqə elan edir

Azərbaycan müəllimi

BAYRAQDAR MEDİA – 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək qədim tarixə malik “Azərbaycan müəllimi” qəzeti müasir dövrün tələblərinə uyğunlaşmaq məqsədi ilə qəzetin rebrendinqi üçün müsabiqə elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ETN-nin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti Azərbaycandakı ən önəmli təhsil carçısıdır. Müsabiqədə iştirak üçün “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təklifləri elektron poçt ünvanına (digital@media.edu.az) göndərmək lazımdır. Müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak etmək mümkündür. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1 min 500 AZN dəyərində pul mükafatı təqdim ediləcək. Müsabiqədə iştirak üçün loqo (rəngli və rəngsiz versiya), dizaynla bağlı təkliflər PNG, PDF və ya JPEG formatında, eləcə də “mockup”la birgə göndərilməlidir. Loqonun yazılı şəkildə izahı və təsviri arzuolunandır. Loqo sosial media, veb-səhifə və müxtəlif videomateriallarda, həmçinin qəzetin çap versiyasında istifadə olunacaq”.

Qeyd edək ki, son müraciət tarixi aprelin 10-dur.

Mission News Theme by Compete Themes.