Press "Enter" to skip to content

Maarifləndirmə: “İqlim dəyişmələrinə qarşı mübarizə”

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri üçün “Qlobal iqlim dəyişmələri və iqlim dəyişmələrinə qarşı Azərbaycanın əsas fəaliyyət istiqamətləri” mövzusunda maarifləndirici görüş keçirilib.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.

Xəbərdə qeyd olunur ki, “görüş zamanı son dövrlər ərzində bəşəriyyəti narahat edən və qlobal ekoloji problemlərdən biri olan iqlim dəyişmələri, neqativ təsirləri, eləcə də bununla bağlı mübarizə sahəsində beynəlxalq və yerli səviyyədə həyata keçirilən tədbirlər barədə iştirakçılar məlumatlandırılıb. Xidmətin mütəxəssisləri tərəfindən “Azərbaycanda iqlim dəyişmələrinin təsirləri və uyğunlaşma tədbirləri” mövzusunda təqdimat nümayiş etdirilib, eyni zamanda təhlükəli hidrometeoroloji hadisələrin idarə olunmasında Erkən Xəbərdarlıq Sisteminin rolu haqqında məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb”.

Tədbirin sonunda Universitetin kitabxanası tərəfindən ətraf mühitin öyrənilməsi ilə bağlı kitabların sərgisi nümayiş etdirilib, Milli Hidrometeorologiya Xidməti tərəfindən isə Universitetin kitabxanasına iqlim dəyişmələri ilə bağlı monoqrafiya hədiyyə olunub.

Mission News Theme by Compete Themes.