Press "Enter" to skip to content

“Təhsildə yeni çağırışlar” regional konfranslarına başlanılıb

Sözügedən tədbir

BAYRAQDAR MEDİA – Mart ayından “Təhsildə yeni çağırışlar” regional konfranslarına başlanılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) daxil olub.

Xəbərdə bildirilir ki, “ilk regional konfrans martın 14-də Lənkəranda təşkil olunub. Konfrans Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan konfransın məqsədi qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır”.

Konfransda Agentliyin direktor müavini Mehriban Vəliyeva, Lənkəran–Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru Könül Pirverdiyeva, Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T–Network” platformasının rəhbəri Cəfər Mənsimi çıxış ediblər.

Konfrans MÜTDA və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi (ETN), Təhsil İnstitutu (Tİ), ADPU-nun və sözügedən Təhsil İdarəsinin dəstəyi ilə keçirilib. Konfransa media dəstəyi isə Təhsil TV və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstərilib.

Mission News Theme by Compete Themes.