Press "Enter" to skip to content

Kitab tanıtma: “Teatr naxışları”

Teatr naxışları

Son yeniləmə: 18 Mart 2024 11:22

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də sənətşünaslıq doktoru, Prof. İlham Rəhimlinin “Teatr naxışları” kitabıdır.

Nəşr əsasən İlyas Əfəndiyev və teatr mövzusunun geniş bədii, elmi-nəzəri tədqiqidir. Müəllif öz araşdırmalarında dramaturqun əsərlərinin səhnə təcəssümünü daha çox salnamə prinsipləri əsasında işləyib. Tamaşaların təqdimatında illərin xronloji ardıcıllığı əsas götürülüb.

Kitabın annotasiyasında o da qeyd edilir ki, İ.Əfəndiyev XX əsrin ikinci yarısında pyesləri müxtəlif teatrlarda daha çox tamaşaya qoyulan dramaturqdur. Azərbaycanda fəaliyyət göstərən elə bir teatr yoxdur ki, orada bu dramaturqun pyesləri oynanılmasın.

Kitabda “Başlanğıc sözü”, “Dramaturgiyada üslub təzəliyi”, “Tamaşaların şəcərəsi”, “Oxucu inamı”, “Gündəlikdən sətirlər”, “Mənəvi xəzinə” başlıqlarda yazılara yer verilib.

Nəşrin redaktoru Məsudə Əvəzqızı, bədii və texniki redaktoru Abdulla Ələkbərov, kompüter tərtibatçıları Səbinə Məmmədova, Mələk Cəlilova, Təhmasib Mehdiyev, korrektoru isə Natəvan Məmmədovadır.

Mission News Theme by Compete Themes.