Press "Enter" to skip to content

Vikipediya təlimləri davam edir

Təlim görənlər

BAYRAQDAR MEDİA – AMEA Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada (MEK) keçirilən Vikipediya təlimləri davam edir.

Bu dəfə təlimlər Bakı Slavyan Universitetinin (BSU) tələbələrinə tədris edilir.

Təlim haqqında MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi, təlimçi Günay Məmmədova BAYRAQDAR MEDİA-ya məlumat verib: “Artıq üçüncü dərs olacaq Slavyan Universitetinin tələbələrinə Vikipediya təlimləri keçirəm. Könüllülər təlim müddəti ərzində Vikipediya ilə bağlı həm nəzəri, həm də praktiki məlumatlar əldə edəcəklər. Onlar bir ay ərzində Vikipediyanın əhəmiyyəti, cəmiyyətimizdəki vacib rolu, məqalənin strukturu, istinadlar və mənbələrdən düzgün istifadə qaydalarını öyrənəcəklər. Eyni zamanda öyrənməklə qalmayıb Vikipediyaya öz töhfələrini verib maraqlı məlumatlarla zənginləşdirəcəklər. Bu işdə onlara uğurlar arzu edirəm. Onu da deyim ki, təlim bitəndən sonra iştirakçılar Vikipediyaya verdikləri töhfələrin nəticəsində sertifikatla təltif olunacaq”.

Qeyd edək ki, təlim 1 ay davam edəcək.

Mission News Theme by Compete Themes.