Press "Enter" to skip to content

Yerli seçkilərdə 61 milyondan çox insan səs verə biləcək

Səsvermə

Son yeniləmə: 18 Mart 2024 14:34

BAYRAQDAR MEDİA- Martın 31-də Türkiyədə yerli seçkilər keçiriləcək. Martın 23-dən etibarən isə seçici siyahılarına yenidən baxılacaq.

Bu barədə eskisehir.net məlumat yayıb.

Bildirilib ki, “2023-cü il mayın 28-də keçirilən Prezident seçkilərində ölkədə seçicilərin sayı 60 milyon 771 min 236 nəfər müəyyən edilib. Yüksək Seçki Şurası (YSK) martın 31-də keçiriləcək yerli seçkilər üçün seçici siyahılarını yekunlaşdırıb. YSK məlumatlarına görə, seçkidə qeydə alınmış seçicilərin sayı 61 milyon 441 min 882 nəfərdir. 1 milyon 32 min gənc seçici yerli seçkilərdə ilk dəfə səs verəcək”.

Məlumata görə, seçicilərin 50,59 faizini qadınlar, 49,41 faizini isə kişilər təşkil edir: “Martın 23-dən etibarən seçici siyahılarına baxılacaq. Həmin tarixə qədər vəfat etmiş, vətəndaşlığını itirmiş, hərbi xidmətə çağırılmış, məhkum edilmiş və məhdudiyyət qoyulmuş seçicilərə seçki qutusuna qoyulmuş seçici siyahılarında “səs verə bilməz” bildirişi verilir”.

Mission News Theme by Compete Themes.