Press "Enter" to skip to content

DİM-də martın 20-də TOEFL iBT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 20 mart 2024-cü ildə təşkil olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib

Bildirilib ki, imtahan DİM-də keçiriləcək: “İmtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər”.

Məlumata görə, TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.