Press "Enter" to skip to content

Novruz bayramı ilə əlaqədar tədbir

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Martın 19-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Novruz bayramı ilə bağlı tədbir keçirilib.

Tədbirdə MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək Novruz bayramı haqqında məlumat verib. Bu bayramın türk xalqlarının ortaq bayramı olduğunu deyərək bayramın tarixindən söz açıb. Professor çıxışında Novruz bayramının işğaldan azad olunmuş Azərbaycan torpaqlarında artıq dördüncü ildir qeyd edildiyini vurğulayıb. O həmçinin martın 18-də Prezident İlham Əliyevin Xankəndiyə səfəri və orada Novruz tonqalı qaladığı haqqında da danışıb.

M.Əliyev Kitabxana əməkdaşlarının bir qrupunu işlərində fəallığa görə təşəkkürnamə ilə təltif edib. Çıxışının sonunda direktor bu günün həm də sonuncu – torpaq çərşənbəsi olduğunu bildirərək MEK kollektivini bu çərşənbə və qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edib, onlara sağlamlıq, mehribanlıq, xoşbəxtlik və uğurlar diləyib.

Mission News Theme by Compete Themes.