Press "Enter" to skip to content

Qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC

BAYRAQDAR MEDİA – Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qeyri-iş günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Məlumatda deyilir:“Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq. İstehlakçılardan xahiş olunur, içməli su təchizatı və kanalizasiya xidmətlərində yarana biləcək problemlərlə əlaqədar 955 Zəng Mərkəzinə müraciət etsinlər”.

Mission News Theme by Compete Themes.