Press "Enter" to skip to content

Ali təhsil müəssisələri arasında əməkdaşlıq müzakirə olunub

Görüşdən xatirə fotosu

Son yeniləmə: 27 Mart 2024 14:41

BAYRAQDAR MEDİA – Qırğızıstandan olan politoloq Amantur Manapbayev bu günlərdə Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, Tatarıstan Respublikasının keçmiş iqtisadiyyat naziri Marat Safiullin ilə görüşüb.

Bu xəbəri Veçernıy Bişkek məlumat yayıb.

Məlumata görə, Marat Safiullin iqtisad elmləri doktoru, Tatarıstanın əməkdar iqtisadçısı və Kazan Federal Universitetinin prorektorudur.

Görüş zamanı Qırğızıstan və Tatarıstan ali təhsil müəssisələri arasında əməkdaşlıq sahələri ətraflı müzakirə olunub.

Tərəflər iki ölkə arasında təhsil layihələri çərçivəsində əməkdaşlıq haqqında razılığa gəlib.

Mission News Theme by Compete Themes.