Press "Enter" to skip to content

Bu dəfə fərqli formatda

Cavid Aydın

Son yeniləmə: 27 Mart 2024 11:10

Cavid Aydın: Bayram proqramında bəzi dəyişikliklər etdik

BAYRAQDAR MEDİA – Hər zaman öz məhsuldar fəaliyyəti, qardaş Türkiyənin Eskişehir şəhərindəki azərbaycanlıları öz ətrafına yığması ilə fərqlənən Eskişehir Azərbaycanlılar Dərnəyi bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Dərnək bu dəfə də Novruz bayramı ilə əlaqədar yaddaqalan bir tədbir təşkil edib.

Eskişehirdəki soydaşlarımız Novruz tonqalı ətrafında
Eskişehirdəki soydaşlarımız Novruz tonqalı ətrafında

Bu barədə BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.

O, qeyd edib ki, bu dəfəki Novruz əvvəlkilərdən bir neçə məqama görə fərqlənirdi: “Əvvəla, bu Novruz Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün ölkə ərazisində keçirilən ilk Növruz kimi tarixə düşdü. Digər tərəfdən isə bu Novruz Ramazan ayına təsadüf edirdi. Biz də bunları nəzərə alaraq bayram proqramında bəzi dəyişikliklər etdik. Əvvəla, bayram tədbirini ilaxır çərşənbəyə, yəni martın 19-a axşama təyin etdik. İştirakçılar öncə bayram tonqalı üzərindən atlandılar, dilək tutdular və yeni illərdə yeni-yeni uğurlar arzu etdilər. Ondan sonra isə mərasim başlandı. Yəni elə planlaşdırdıq ki, tədbirin bədii-əyləncəli hissəsi iftarla eyni vaxta təsadüf etdi”.

Bayram tədbiri
Bayram tədbiri

Qeyd edilib ki, bədii-əyləncəli hissədən öncə Dərnək sədri Cavid Aydın və sədr müavini Sirac Yaquboğlu çıxış edərək Novruz bayramı haqqında məlumat veriblər.

Çıxışlarda, həmçinin türk dünyasının önəmli bayramlarından olan Novruzun bu il xüsusi təmtaraqla keçirildiyi bildirilib, Azərbaycanın türk dünyasının daha sıx inteqrasiyası istiqamətində atdığı addımlardan bəhs edilib.

Çıxışlardan sonra Novruza həsr edilmiş şeir və musiqilər səslənidirilib, iştirakçılara bayram təamları təqdim edilib.

Bu dəfə mövzu “Türkün ortaq dəyəri-Novruz”dur
Bu dəfə mövzu “Türkün ortaq dəyəri-Novruz”dur

Onu da əlavə edək ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin ənənəvi olaraq təşkil etdiyi “Çərşənbə söhbətləri”nin martın 27-dəki toplantısı da Novruza həsr edilib. Dərnəkdən verilən məlumat görə, bu dəfə Eskişehir Osmangazi Univeristetinin müəllimi, Dos. Dr. Ferzane Devletabadi “Türkün ortaq dəyəri-Novruz” mövzusunda məruzə edəcək. Sonra isə iştirakçılaırn sualları cavablandırılacaq.

Mission News Theme by Compete Themes.