Press "Enter" to skip to content

MHP-nin qurultayından dünyaya səsləniş

Dos. Dr. Fatih ÇAĞATAY

Son yeniləmə: 27 Mart 2024 14:44

Dos. Dr. Fatih Çağatay Baz: Bu qurultay ilə MHP Türkiyə və türk dünyasına yenidən güvən verdi

BAYRAQDAR MEDİA – “Türkiyə növbəti tarixi siyasi proses ərəfəsindədir. Martın 31-də ölkədə yerli seçkilər keçiriləcək. Bu arada isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) 14-cü Böyük qurultayı bir daha bütün diqqətləri seçkiqabağı prosesə yönəltdi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Dos. Dr. Fatih Çağatay Baz deyib.

Onun sözlərinə görə, Ankara İdman Salonunda keçirilən qurultay həm ölkə daxilində, həm də xaricdə böyük maraqla izləndi: “Bu da səbəbsiz deyildi. Çünki MHP Cümhur İttifakının aparıcı üzvlərindən biri kimi Türkiyə Cümhurıyyətinin bu seçkidən də güclü çıxması üçün var gücü ilə çalışır. Elə qurultayın əsas şüarı da bu məqsədə ünvanlanmışdı – “Ülke için var olduk, bir ülküye yar olduk”. Bundan başqa, qurultay salonunda asılmış plakatların hər biri də ölkəyə və dünyaya anlamlı mesaj verirdi. Yəni, “Bir ülkü bir ömürdən uzun, hər sevgidən böyükdür”, “İlk gündə olduğu kimi əzm və qərarlılıq sonsuz qürur və şərəflə “Dövr artıq türk dövrüdür”, “Cümhur bizimdir, Türkiyə hamımızın”, “Keçmişin qüruru, sabahın ümidi” kimi anlamlı fikirlərin yer aldığı bu plakatlar həm də MHP-nin Türkiyə Cümhuriyyətinin dünəni və bu günü kimi, gələcəyi üçün də əzmlə mübarizə aparacağına işarə edirdi”.

Dos. Dr. Fatih Çağatay Baz deyib ki, məhz bu qərarlılıqla genel başqan seçkisinə tək namizədlə gedən qurultay iştirakçılarının hamısı, yəni 1295 nəfər Dr. Devlet Bahçelinin növbəti müddətə MHP-nin genel başqanı seçilməsinə səs verdi: “Öz növbəsində dəyərli genel başqan öz çıxışı ilə etimadı bundan sonra da doğruldacağına bir növ and içdi. O, çıxışında öncə “Ülkümüzden dönersek, döneklere güvenirsek gök girsin, kızıl çıksın” deyə bəyan etdi. Qeyd edildi ki, MHP yeni əsrdə də Türkiyənin qorunması üçün çalışacaq, türklüyə, Türkiyəyə olan sevgisindən bir an belə əl çəkməyəcək. Xalqdan, haqdan və həqiqətdən heç zaman uzaq qalmayacaq. Bilge Lider çıxışında illərin sınağından keçən mübarək yol barədə da danışdı. Yaşadıqları mübarizələrlə türk millətinin vicdanında kök salmağı bacardıqlarını vurğuladı. Çanakkale savaşındakı qələbəyə toxunan Dr. Devlet Bahçeli bu qələbənin həm regional, həm də qlobal tarazlığı dəyişdiyini bildirdi. Bu qələbənin Türkiyə Cümhuriyyətinin yol xəritəsinin çəkilməsində mühüm əhəmiyyət kəsb etdiyini dedi”.

Müsahibimizin sözlərinə görə, “Türkiyə Cümhuriyyətinin 100 ilini boşa çıxarmağa çalışanlara mesaj ünvanlayan Dr. Devlet Bahçeli bildirdi ki, “top və tüfənglə nəticə əldə edə bilməyənlərin, DEMlənmiş və devşirilmiş işbirlikçilərinin “subpodratçı rəhbərliyi” ilə qaranlıq addımlar atmağa çalışırlar”. Bilge Lider bəyan etdi ki, 2023-cü ildə keçirilən seçkilərdə uğursuzluğa düçar olan müxalifət partiyaları dövlətin quruculuq prinsip və əsaslarını, milli birlik və həmrəylik qalalarını dağıtmağa çalışır. O, “separatçı terrorizm problemi yeni əsrdə mütləq sona çatacaq” deyə bəyan etdi. Çıxışında türk dünyası ilə bağlı məsələlələrə də toxunan Dr. Devlet Bahçeli, “Türk və Türkiyə Əsri hədəflərini dəstəkləyən yerli rəhbərliklər mütləq təzahür etməlidir. Çünki başqa alternativ qalmayıb” dedi. Ümumiyyətlə hesab edirım ki, bu qurultay ilə MHP Türkiyə və türk dünyasına yenidən güvən verdi”.

Mission News Theme by Compete Themes.