Press "Enter" to skip to content

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 27 Mart 2024 12:42

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Bu haqda DİM-in paylaşdığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “abituriyentlər DİM-in internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurmalı və ərizəni təsdiq etməlidirlər. Bildirək ki, müsabiqədə iştirak ödənişlidir”.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu aprelin 15-dək internet vasitəsi ilə aparılacaq.

Mission News Theme by Compete Themes.