Press "Enter" to skip to content

Türk dünyası bu Novruzu böyük qürur hissi ilə keçirdi

Fikrət Əliyev

Son yeniləmə: 27 Mart 2024 11:35

Fikrət Əliyev: Bunun da mənbəyində Azərbaycanın tarixi zəfəri dayanır

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqı və türk dünyası daha bir Novruz bayramını qeyd etdi. Mən deyərdim ki, bu il keçirilən Novruz bayramı digər illərdən xüsusilə fərqləndi”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

O, qeyd edib ki, bu Novruzu əvvəlkilərdən fərqləndirən əsas cəhət Azərbaycanla bağlıdır: “Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsinin davamı olaraq 2023-cü ilin senytabrda keçirilən birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi. Bu tarixi zəfər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qürur və fəxr mənbəyinə çevrilib. Yəni bizim bu qələbəmizdən bütün türk dünyası güc alır. Belə deyək ki, son illər daha da dərin inteqrasiya prosesinin müşahidə edildiyi türk dünyasına bu uğur əlavə güc qatlb”.

F.Əliyevin sözlərinə görə, Azərbaycanın qələbəsi türk dövlətlərinin inkişafı, həmçinin türk birliyinin daha da güclənməsi üçün həm də bir stimul rolunu oynayıb: “Necə ki, türk dövlətləri işğal illərində bizim faciəmizi bütün türk dünyasının faciəsi sayırdı, eləcə də Azərbaycanın işğalçı Ermənistan üzərindəki qələbəsi bütün türk dünyasının qələbəsi kimi qəbul edilir. Bu qələbə türk dünyasının şahlanışı, türk birliyinin daha da güclənməsi üçün bir stimul rolunu oynayıb. Bu stimul özünü bütün sahələrdə, o cümlədən bayram şənliklərində də büruzə verir. Bu baxımdan 2024-cü ilin Novruz bayramı da müsbət mənada fərqləndi. Bu il türk dünyası Novruzu daha da təmtəraqla, daha da inamla və böyük qürur hissi ilə keçirdi. Bunun da mənbəyində Azərbaycanın tarixi zəfəri dayanır”.

Müsahibimiz sonda “mən əminəm ki, bu il cənab Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda və Qarabağın digər yerlərində yandırdığı bayram tonqallarının istisindən bütün türk dünyasına pay düşdü. Kimsə şübhə etməsin ki, növbəti illərdə bu cür bayram tonqallarını Zəngəzurda və digər qədim Azərbaycan topraqlarında da yandıracayıq” deyib.

Mission News Theme by Compete Themes.