Press "Enter" to skip to content

“Xanuma” bu dəfə Şəki Dram Teatrında

"Xanuma" Şəkiyə gəlir

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

Bu haqda Akademik Milli Dram Teatrının yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsi, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır. Layihə çərçivəsində “Xanuma” tamaşası martın 27-də saat 18:00-da Şəki Dram Teatrında nümayiş olunacaq”.

Mission News Theme by Compete Themes.