Press "Enter" to skip to content

Ali təhsil müəssisələrinə yeni təyinatlar

Yeni təyinatlar

BAYRAQDAR MEDİA – Bakı Mühəndislik, Sumqayıt Dövlət və Azərbaycan Texnologiya universitetlərinə prorektor vəzifəsinə yeni təyinatlar olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə deyilir ki, “elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunublar”.

Mission News Theme by Compete Themes.